13 Fevral 2026 / 08:32

Ermənilər Qarabağda oğurladıqları xalçanı Vensin gəlişinə yerə sərdilər- ŞOK OLAY

Ermənilər rus hərbçilərinin köməyi ilə Qarabağdakı işğal zamanı ələ keçən nə var idisə, oğurlayıb- çırpışdırıb İrəvana aparmışdılar… Bu qənimətlər yavaş- yavaş üzə çıxır. Sosial şəbəkələrdə maraqlı faktlar üzə çıxmaqdadır… Məlum olur ki, Vensin İrəvana səfəri zamanı Ermənistan hakimiyyəti özünü daha şirin salmaq, yarınmaq, özünü göstərmək üçün Vensin təyyarədən düşməsini daha diqqətçəkən edib və yerə protokolda nəzərdə tutulmamış xalça sərib. Bu fakt Ermənistan mediasında da fotolaşıb və yayılıb. Sonradan isə bəlli olub ki, həmin xalça Azərbaycanda toxunmuş və Qarabağa aid xalçadır, xüsusən də Qarabağ bölgəsində toxunan naxışlarla bəzədilib. Deməli, işğal vaxtı Qarabağda oğurladıqları xalçanı bu yüksək qonaq üçün istifadə etməli olublar.
Erməni ki erməni… Bəllə də Vensə hədiyyə də veriblər…
Səbuhi
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!