Ermənistan Rusiya ilə münasibətləri gücləndirəcək.
Tezadlar.az xəbər verir ki, baş nazir Nikol Paşinyan bunu Vətəndaş Müqaviləsi Partiyasının VII qurultayında deyib.
Onun sözlərinə görə, Rusiya ilə münasibətlərin əhəmiyyətini qiymətləndirmək çətindir.
“Rusiya ilə münasibətlər, artıq dediyim kimi, transformasiya mərhələsindədir. Əminəm ki, bu, konstruktiv transformasiyadır. Bu əsasda biz Rusiya ilə münasibətləri gücləndirəcəyik. Və siyasi dialoqumuz fəal şəkildə davam edəcək”, – Paşinyan bildirib.
E.ŞİRİNOV







