Əsas məzmuna keç

Ermənistan Aİİ-dən çıxışın gündəmdə olmadığını deyir

Ermənistan hökumətinin gündəliyinə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq məsələsi daxil deyil və Avropaya inteqrasiya ilə bağlı qanunvericilik təşəbbüsləri də bunu nəzərdə tutmur.

Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

“Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və bu təşkilatdan çıxmaqla bağlı heç bir gündəm yoxdur. Biz bu məntiqlə işləməyə davam edirik”, – o deyib.

“Birincisi, biz indi fərqli iqtisadi birlikdəyik (Aİİ – RED.). İkincisi, Ermənistan Aİ-yə üzvlük üçün ərizə təqdim etməyib. Və mənim, hətta hökumətin üzvü kimi, başqa gündəmdən xəbərim yoxdur”, – Papoyan əlavə edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…