Ermənistanın əvvəlki hökuməti tərəfindən həyata keçirilən proqram dövlət sektorunda aşağı əmək haqqı alanlar üçün kompensasiya rolunu oynayırdı.
Ermənistanın əmək və rifah naziri Arsen Torosyan Ermənistan hökumətinin dövlət qulluqçularına (tibb işçiləri və müəllimlər də daxil olmaqla) sosial müavinətlər verən proqramı dayandırmaq qərarını açıqlayıb.
Ermənistan KİV-nin məlumatına görə, daha əvvəl məlum olub ki, 2027-ci il üçün dövlət büdcəsi layihəsində sosial müavinətlər paketi üçün vəsait yoxdur.
“Sosial müavinətlər paketi proqramı 2012-2013-cü illərdə dövlət sektorunda aşağı əmək haqqı alanlar üçün kompensasiya kimi qəbul edilib. Vətəndaşlarımız müəyyən xidmətlər – sanatoriya və kurort müalicəsi, istirahət, idman, təhsil və s. ala biliblər”, – deyə Torosyan bildirib.
Onun sözlərinə görə, son illərdə sosial müavinətlər paketi alan bütün vətəndaşlar həm maaş artımı, həm də tibbi sığorta sayəsində səhiyyə xərclərini ödəmək üçün daha geniş imkanlar əldə ediblər.
Torosyan qeyd edib ki, bu xidmət sadəcə olaraq dayandırılmalıdır, çünki o, qarşıya qoyulan vəzifəni yerinə yetirib.
Ermənistanın əmək naziri bank hesablarında sosial paket vəsaiti toplanıb qalan vətəndaşların onlardan xüsusi hökumət qərarı ilə müəyyən edilmiş məqsədlər üçün istifadə edə biləcəklərini də açıqlayıb.
JASMİN







