Əsas məzmuna keç

Ermənistan parlamenti 28 noyabr iclasında ratifikasiya məsələsinə baxacaq

Gələn həftə Ermənistan parlamentinin növbədənkənar iclasında Avropa İttifaqının (Aİ) böhranların idarə edilməsi üzrə əməliyyatlarında ölkənin iştirak çərçivələri haqqında sazişin ratifikasiyası nəzərdən keçiriləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

İclas noyabrın 28-nə planlaşdırılıb.

Gündəliyə cəmi bir məsələ – “Ermənistanın Avropa İttifaqının böhranların idarə edilməsi əməliyyatlarında iştirak çərçivələrinin müəyyənləşdirilməsi haqqında” sazişin ratifikasiyası məsələsi daxil edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…