Ermənistan, Gürcüstan və Slovakiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna ilə bağlı Rusiyanı Ukraynaya təcavüzdə ittiham edən qətnaməsinin lehinə səs verib.
Tezadlar.az xəbər verir ki, səsvermənin yayımı BMT-nin rəsmi saytında dərc olunub.
“BMT ilə Avropa Şurası arasında əməkdaşlıq” adlı qətnaməni 105 ölkə dəstəkləyib, 9-u əleyhinə səs verib, o cümlədən ABŞ.
“Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzündən sonra Avropanın hazırda üzləşdiyi görünməmiş problemlər Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlığın gücləndirilməsini tələb edir”, – sənəddə deyilir.
ELBAR