20 Noyabr 2025 / 10:30

Ermənistan sülh istəyir və Türkiyə ilə əlaqələri bu şərtlərdən keçir…

 

“Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədin açılması Ermənistan üçün həqiqətən vacibdir. Eynilə, Azərbaycanla əldə edilmiş sülhün daha da institutlaşması vacibdir. Ermənistan hər iki istiqamətdə səmimi səylər göstərir”. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla  xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan Türkiyə XİN-nin rəhbəri Hakan Fidanın bəyanatını şərh edərkən bildirib. Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin tam tənzimlənməsinin Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə təsiri müsbətdir və buna çalışılır. Sitat: “Əlbəttə, nəqliyyat infrastrukturunun və digər kommunikasiyaların blokdan çıxarılmasına gəlincə, bu ilin avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitində bu prosesin əsas prinsipləri razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya, qarşılıqlılıq. Bu çərçivədə qurulan TRIPP yolu Azərbaycanın əsas hissəsini Naxçıvanla, Ermənistanı digər ölkələrlə birləşdirəcək, eləcə də daha geniş coğrafiyaya malik regionları Ermənistan və Azərbaycan əraziləri vasitəsilə bir-biri ilə birləşdirəcək. Ermənistan onun tezliklə həyata keçirilməsi üçün maraqlıdır və fəal səy göstərir”.

Beləliklə, Ermənistanda da anlayırlar ki, Türkiyə ilə əlaqələr Azərbaycanla bağlanacaq sülh sazişindən asılıdır. Bu saziş nə qədər tez bağlansa, Ermənistan daha tez blokadadan çıxacaq…

A.Məmmədli

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!