“Ermənistan sülhün nə olduğunu bilmirsə…”- Nikol Paşinyan

Ermənistanda bir çoxları hələ də sülhün nə olduğunu anlamır. Niyə? Çünki yüz illərdir dünyaya dava-dalaş gözü ilə baxan və 30 ildən çox müddətdə  Azərbaycan torpaqlarını işğal edən ölkənin gözü kor, qulağı kar cəmiyyəti sülhün dadını hardan bilsin. Zori Balayanlar, Koçaryanlar, Sarkisyanlar… millətin qulağını kar, gözünü kor edib… Elə Paşinyan da bunu nəzərdə tutaraq bu gün “Ermənistan sülhün nə olduğunu bilmir və təcrübəsi yoxdur” deyə Ermənistan mediasına açıqlama verib. “Biz isə deyirik ki, sülh bir il səkkiz aydır itkimizin olmamasıdır”, – deyə Paşinyan müharibə istəyən, amma müharibəyə getməyib qaçıb gizlənənlərə xitabən belə söyləyib.

A.Məmmədli

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.