Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin müavini Edvard Asryan və ABŞ hərbi katibi köməkçisinin müavini Endryu Lumis İrəvanda keçirilən görüş zamanı birgə hərbi təlimlərin və məşqlərin keçirilməsini müzakirə ediblər.
Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib və qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsini qiymətləndiriblər.
Sülhməramlı fəaliyyət sahəsində əməkdaşlığın inkişafına, peşəkar çavuş heyətinin, təlimatçıların və kiçik komandirlərin hazırlığına, hərbi təhsilə, eləcə də birgə təlimlərin və məşqlərin keçirilməsinə xüsusi diqqət yetirilib.
Endryu Lumis qeyd edib ki, ABŞ cari proqramlar çərçivəsində əməkdaşlığı davam etdirəcək və yeni istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi imkanlarını müzakirə etməyə hazırdır.







