Ermənistanın Baş naziri Nikol Paşinyan Astanada Qazaxıstan parlamentinin spikeri Yerlan Koşanovla regional məsələləri müzakirə edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i baş nazirin offisinə istinadən məlumat yayıb.
“Tərəflər Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının regionda əməkdaşlığın inkişafı və ticari-iqtisadi əlaqələrin irəliləməsi üçün yeni imkanlar yaradacağına əminliyini bildiriblər”, – məlumatda deyilir.
Onlar həmçinin Ermənistan-Qazaxıstan əlaqələrini müzakirə edib, iki ölkə arasında yüksək səviyyədə siyasi dialoqun və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətini qeyd ediblər.







