Məcburi hərbi xidmət müddətinin altı ay azaldılması ilə bağlı qanun layihəsi Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilib.
Tezadlar.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, qanun layihəsində sıravi əsgərlər üçün 24 aylıq məcburi hərbi xidmətin 2025-ci ilin qış çağırışından başlayaraq altı ay azaldılması və məcburi xidmət müddətinin 18 ay müəyyən edilməsi təklif olunur.
Qeyd olunur ki, qanun layihəsinin qəbul edilməsi 2027-ci ilin ikinci yarısından başlayaraq məcburi hərbi xidmətin təşkili xərclərini azaldacaq, çünki 2025-ci ilin qış çağırışının bir hissəsi olaraq 2026-cı ilin yanvar ayında başlayan 18 aylıq xidmət müddəti 2027-ci ilin iyul ayında başa çatır.







