Ermənistanda növbədənkənar qalmaqallı parlament seçkiləri üzrə səsvermə başa çatıb. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, yerli vaxtla saat 08:00-da açılan seçki məntəqələri saat 20:00-da bağlanıb. Hazırda məntəqə seçki komissiyalarının üzvləri səslərin sayılmasına başlayıblar. İlkin nəticələrin gecə saat 00:00 radələrində açıqlanacağı gözlənilir. Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, saat 17:00-a olan vəziyyətə görə seçici fəallığı 48,92 faiz təşkil edib. MSK sədri Vaaqn Ovakimyan seçici fəallığı ilə bağlı məlumatları saat 21:00-da açıqlayacaq.
Təxminən yarım saatdan sonra ilkin nəticələr elan ediləcək.
A.Məmmədli







