Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün səhər saatlarında naməlum şəxsin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) binasını yandırmağa cəhd etdiyini göstərən video yayılıb. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, daha sonra cinayəti törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb və istintaq təcridxanasına aparılıb. Ermənistan mətbuatı həmin şəxsin bu yaxınlarda Rusiyadan Ermənistana gəldiyini, Rusiyada və Ermənistanda tanınmış milyarderdir “Taşir Samo” ləqəbli Samvel Karapetyanın tərəfdarı olduğunu məlum olub. Polis hadisəni araşdırmağa davam edir.