Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ötən gün Paşinyanın siyasətinə cavab kimi hədə dolu “Ermənistanın dəmir yolu sistemi bir gecənin içində çökə bilər” kimi bəyanat verib. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xatırladır ki, Şoyqunun sözlərinə görə, Ermənistan hakimiyyətinin dəmir yollarının idarə edilməsində Rusiyanı əvəzləmək istəyi yanlış düşünülmüş qərardır. Şoyqu hesab edir ki, bu baş verəcəyi təqdirdə, onların qurduğu sistem bir gecənin içində çökə bilər. Sitat: “Təxminən 20 il ərzində qurulmuş sistem sadəcə bir gecədə çökə bilər”.
Şoyqunun ürəyi soyumayıb və Paşinyana bir xatırlatma da edib: “…Rusiya təxminən 20 il ərzində Ermənistan dəmir yollarına 30 milyard rubldan çox investisiya yatırıb: “Ermənistanın ehtiyacları üçün bütün vacib yüklər Cənubi Qafqaz Dəmir Yolları vasitəsilə daşınır. Şübhə edirəm ki, digər ölkələrdən hər hansı bir şirkət Rusiyanın Cənubi Qafqaz Dəmir Yollarını əvəz edə bilər”.
Rəsmi İrəvan isə hələki şoyqunun bu hədəsinə susur… Əslində isə, Şoyqunun bu sətiraltı hədəsi hər kəsə bəllidir ki, ABŞ-a ünvanlanıb…
A.Məmmədli.