Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan Azərbaycana səfər edib. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan erməni mediasına açıqlamasında bildirib. Məlumata görə, Qriqoryan Bakıda keçirilən IV Təhlükəsizlik Forumunda iştirak edəcək.
Bundan əvvəl Ermənistan mediası “FlyOne” şirkətinə məxsus Gulfstream G450 tipli təyyarənin İrəvandan Bakıya uçması barədə məlumat yayıb.







