6 Yanvar 2026 / 17:12

Əsgər ölümündə həkim günahkar olub- İSTİNTAQ BAŞLADI

“N” saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Fariz İsayevin ölüm faktı əsasında başlanılmış cinayət işi üzrə məhkəmə başlayıb. Tezadlar.az  xəbər verir ki, faktla bağlı məsuliyyətə cəlb edilən hərbi hissənin həkimi, tibb xidməti baş leytenantı Vaqif Məmmədov cinayət işi üzrə bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Məhkəmənin baxış iclası yanvarın 19-na təyin edilib.

Təəssüflər olsun, həkimin diqqətsizliyi əsgərin ölümünə səbəb olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!