14 Avqust 2025 / 21:26

Əsirlikdən azad edilən döyüşçülər Rusiyaya qayıtdılar

Rusiya Silahlı Qüvvələrinin Ukraynada əsirlikdən azad edilmiş döyüşçüləri ölkəyə qayıdıb.

Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verir.

Qeyd olunur ki, hərbçilərin olduğu təyyarə Moskva vilayətindəki hava limanlarından birinə enib. Keçmiş məhbusların dəqiq gəliş yeri göstərilmir.

Avqustun 14-də Müdafiə Nazirliyi 84 döyüşçünün Ukrayna əsirliyindən geri qaytarıldığını bildirib. Bunun müqabilində Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinə eyni sayda əsgər verib. Müdafiə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin əsgərlərin əsirlikdən qayıtmasına şərait yaratdığını qeyd edib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!