Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mövsümün ən çox izlənilən türk seriallarından olan “Eşref Rüya”nın pərəstişkarları narahatdır. Aktyor Necip Memilinin son addımları onun serialdan gedişi kimi qiymətləndirilir.
Tezadlar.az xəbər verir ki, Necip Memili “Instagram” hesabından serialla bağlı bütün paylaşımları silib və serialın rəsmi hesabını izləmədən çıxarıb.
Nə aktyor tərəfindən, nə də “Kanal D” rəhbərliyindən hələlik heç bir rəsmi məlumat verilməyib. Bu səbəbdən ayrılıq xəbəri hələlik sadəcə bir iddiadır.
Necip Memili 1980-ci ildə Adana doğulub.
Azərbaycan tamaşaçısı onu daha çox “Çukur” serialındakı “Cumali Koçovalı” obrazı ilə yaxından tanıyır.
Bundan əlavə “Yaprak Dökümü”, “Hanımın Çiftliği” və “Şahsiyet” kimi məşhur layihələrdə rol alıb.