Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin martın 19-dan indiyədək İstanbul Böyükşəhər Bələdiyyəsinin istintaqı ilə bağlı keçirilən etirazlarda 1418 şübhəli saxlanılıb. Tezadlar.az CNN- türk-ə istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya sosial hesabında paylaşım edib. Sitat: “2025-ci il martın 19-dan bu yana keçirilən qanunsuz aksiyalarda indiyədək 1418 şübhəli saxlanılıb. 979 şübhəli hələ də həbsdə olduğu halda, bu gün 478 nəfər məhkəmə qarşısına çıxarılacaq. Küçələrdə terror törətməyə, milli-mənəvi dəyərlərimizə hücum etməyə cəhd edənlərə heç vaxt güzəşt olmayacaq. Prezidentimiz Ərdoğanın mərhum anasını və ailəsini təhqir edənləri bir daha lənətləyirəm. Təhlükəsizlik qüvvələrimiz millətimizin əmin-amanlığını və təhlükəsizliyini 7/24 qoruyur və bundan sonra da qoruyacaq, qanunsuz əməllərin qarşısı alınacaq…”.
Həbslər isə davam edir, İmamoğlunun tərəfdarları isə müdafiə aksiyaları keçirməkdədir.
A.Məmmədli