20 Aprel 2026 / 20:14

Evində tonlarla qızıl tapılan mer edam ediləcək

Çinin Haikou şəhər merinin vəzifədə olduğu müddətdə təxminən 4,5 milyard dollar sərvət topladığı və evlərində 13,5 ton qızıl və külli miqdarda nağd pul aşkarlandığı məlum olub. 

Tezadlar.az-ın xarici mediaya istinadən xəbərinə görə, korrupsiya ittihamları ilə mühakimə olunan merin edam cəzasına məhkum edildiyi bildirilir.

Axtarışlar zamanı onun mənzillərindən 13,5 ton qızıl və külli miqdarda nağd pul müsadirə edilib.

Korrupsiya ittihamları ilə mühakimə olunan merin məhkəmə tərəfindən edam cəzasına məhkum edildiyi bildirilir. Çinin korrupsiyaya qarşı mübarizəsində indiyə qədər verilən ən ağır cəzalardan biri hesab edilən bu hadisə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!