Əsas məzmuna keç

FABRİKDƏ PARTLAYIŞ: 8 NƏFƏR ÖLÜB…

Çində “Shenrong Metal Technology Limited” şirkətinin fabrikində toz-hava qarışığının partlaması baş verib. Səkkiz nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.

Hadisə bu gün, yanvarın 20-də Honsyu əyalətində yerləşən sənaye meydançasında baş verib.

Hadisə yerində xilasetmə əməliyyatı başa çatıb. Hadisənin baş vermə səbəbləri və şəraiti ilə bağlı araşdırma aparılır.

Bundan əvvəl Çinin şimalında kömür mədənində baş vermiş partlayış nəticəsində 6 nəfərin öldüyü, 47 nəfərin itkin düşdüyü bildirilmişdi. Fəhlələr və texnika dağıntılar altında qalıb.

​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…