Əsas məzmuna keç

“Faytonçu Nazim” onu səhv əməliyyat etmiş həkimin cəzalandırılmasına nail olub: “ATU-dan da uzaqlaşdırıldı”

Müğənni Nazim Pişiyari illər əvvəl keçirtdiyi ağır günlərdən və həkimin onu səhv əməliyyat etməsindən danışıb.

Tezadlar.az  xəbər verir ki, sənətçi “Həftənin qonağı” verilişində həkimdən təzminat aldığını deyib:

“Həkimi məhkəməyə verdim. Ondan təzminat aldım. Son məqamda həkim səhvi olduğu qəbul edildi. İsraildə, Türkiyədə ekspertiza aparıldı və sübut edildi ki, səhv həkimin olub. Məhkəmə ərəfəsində həkim işindən kənarlaşdırıldı, heç bir əməliyyat edə bilməzdi. Tibb Univeritetində dərs deyirdi, oradan da müəllim kimi kənarlaşdırıldı. Bütün hesabları bağlanıb, ölkədən çıxışına qadağa qoyulmuşdu”.

Qeyd edək ki, vaxtilə Pişiyarinin mətbuata verdiyi açıqlamaya görə, o, “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzminat alıb.

Xatırladaq ki, hadisə 2017-ci ildə baş verib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…