Əsas məzmuna keç

FEDERASİYA ŞURASI UKRAYNAYA 50-YƏ YAXIN F-16 QIRICISININ ÇATDIRILMASINA İCAZƏ VERİB

Ukraynaya 50-yə yaxın F-16 qırıcısı gətirilə bilər, çünki bu, Qərbdəki ən kütləvi hərbi təyyarələrdən biridir.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Bondarev etiraf edib.

Onun fikrincə, F-16 qırıcıları Ukraynaya çatdırılsa, “çox fərq etməyəcək”. Senator bunu xüsusi əməliyyat çərçivəsində qarşıdurmanın əsas mərhələsinin yerdə baş verməsi ilə izah edib.

“Biz düşmənin hərbi obyektlərini havadan məhv edirik, çünki onun bizim qədər güclü hava hücumundan müdafiə sistemi yoxdur, ona görə də F-16 döyüş təyyarələri (Ukraynanın kifayət qədər yanacağı və ya xüsusi texnikası yoxdur) çox fərq etməyəcək”, – deyə Bondarev bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…