Əsas məzmuna keç

Ferlan Mendi yenidən “Real”ın heyətində

İspaniyanın “Real” klubunun futbolçusu Ferlan Mendi təxminən iki aylıq fasilənin ardından yenidən yaşıl meydanlara qayıdır.

Tezadlar.az “Diario AS”a istinadən məlumat verir ki, 30 yaşlı müdafiəçinin bu gün La Liqanın XXVII turunda keçiriləcək görüşdə meydana çıxması ehtimal olunur.

Bundan əlavə, komandanın baş məşqçisi Alvaro Arbeloa “Selta”ya qarşı matçın əsas heyətində Mendiyə yer verməyi düşünür.

Fransız futbolçu sonuncu dəfə yanvarın əvvəlində oynayıb. O, bu mövsüm zədə problemləri səbəbindən yalnız üç görüşdə iştirak edib.

Qeyd edək ki, “Selta” – “Real” qarşılaşması martın 7-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…