FERMADA BAŞ VERƏN YANĞINDA 4 NƏFƏR ÖLÜB

Oxunma sayı: 53

Tatarıstanın Maloreçenski kəndində heyvandarlıq fermasında yanğın baş verib, nəticədə 4 nəfər ölüb.

Tezadlar.az bildirir ki, bu barədə REN TV-dəki mənbə məlumat verib.

“Şəxsi heyətin müvəqqəti yerləşdiyi bina yanıb”, – həmsöhbət bildirib.

Binada ümumilikdə 39 nəfərin yaşadığı dəqiqləşir. Onlardan 33-ü təxliyə oluna bilib. Daha iki nəfərin taleyi məlum deyil. Bundan başqa, 1 nəfər xəsarət alıb və ona yerindəcə tibbi yardım göstərilib.

E.ŞİRİNOV

Xəbəri paylaş