6 Yanvar 2026 / 13:38

Fermerimiz saxlamağa mal-qoyun axtarır, Latviya və Livan ətinə isə qadağa qoyulur-SƏBƏB

Livanın Akkar, Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litvanın Telşyay, Şyaulyay qəzalarında isə blutanq xəstəliyi qeydə alındığından bu bölgələrdən Azərbaycana ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub. Bu barədə tezadlar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Agentliyin məlumatında biildirilir ki, Azərbaycan ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

***

Təəssüflər olsun ki, hələ də yerli fermerimiz saxlamağa mal-qoyun axtarır, Latviya və Livan ətinə isə qadağa qoyulur. Səbəb bəllidir-fermerlərə ya örüş yeri üçün torpaq verilmir, ya da onlara yem bazası yaradılmır… Rayonların rəhbərləri bu barədə ciddi düşünmür, hamı prezidentin xüsusi Sərəncamını gözləyir. Niyə? Məgər prezident belə işlərlə də məşğul olmalıdırmı? Daha sizlər kimə və nəyə lazımsız? Vəzifəyə qoyulandan 40 gün sonra qovulan Nəsiminin icra başçısının acı taleyi dərs olmurmu?!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!