Kanadanın Vankuver şəhərində avtomobil festivalda izdihamın üzərinə gedib, insanlar ölüb və yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə şəhər polisi X sosial şəbəkəsində məlumat verib.
“Axşam saat 20.00 radələrində sürücünün avtomobili küçə festivalında izdihamın üzərinə sürməsi nəticəsində bir neçə nəfər ölüb, bir neçə nəfər yaralanıb. Sürücü saxlanılıb”, – məlumatda deyilir.
Polis hadisəni araşdırdıqca daha ətraflı məlumat verəcəyini vəd edib.
Bundan əvvəl Almaniyanın Münhen şəhərində naməlum şəxs “Mini Cooper” markalı avtomobili nümayişçilərin izdihamının üzərinə sürüb. Sonradan məlum olub ki, o, əvvəllər polis tərəfindən yaxalanmış Əfqanıstandan olan 24 yaşlı gəncdir.
E.ŞİRİNOV