Bu gün fevralın son günündə Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər öldü… Bu hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib. Tezadlar.az hadisə şahidlərinə istinadla bildirir ki, “Mercedes”, “Hyundai” və “VAZ” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada “VAZ”ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb. Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Hadisə şahidlərindən biri Rasim Salmanov “Təzadlar”a bildirdi ki, hadisə yağmurlu havada sürücünün səriştəzliyi səbəbindən baş verib və o idarəetməni itirərək maşını yana çəkmək əvəzinə,birbaşa qarşıdakı avtomobilə çırpıb.
Elçin