Əsas məzmuna keç

FHN: 2-Sİ AZYAŞLI OLMAQLA 3 NƏFƏR XİLAS EDİLİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1 nəfərin liftdə qalması, Suraxanı rayonu ərazisində mənzildə 2 azyaşlının bağlı qapı arxasında qalması, habelə Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar. Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si azyaşlı olmaqla 3 nəfər xilas edilib.

O cümlədən xilasedicilər tərəfindən həkim briqadasının iştirakı ilə köməyə ehtiyacı olan şəxsin barmağından dəmir halqanın müvafiq qaydada çıxarılması təmin olunub.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…