Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Noyabr 2024 / 10:11

FHN SARAY QƏSƏBƏSİNDƏ QANUNSUZ TİKİLİNİ SÖKÜB

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikili sökülüb.

FHN-in mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Saray qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanaraq, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.

Qanunsuz inşa olunan tikili FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sökülüb.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!