Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir.
Bu barədə Tezadlar.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər rayonlarında, Sumqayıt şəhəri, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir.







