Əsas məzmuna keç

FHN XOCƏSƏNDƏ BAŞ VERMİŞ YANĞIN BARƏDƏ YENİ MƏLUMAT YAYIB

Fövqəladə Hallar Nazirliyinin 112 – qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Tezadlar.az-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının geniş ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ilkin məlumata əsasən, təxminən 1000 kvadratmetr sahədə yerləşən taxta, karton və plastik yeşiklərin satış məntəqəsinin 300 kvadratmetri yanıb.

Satış məntəqəsinin qalan hissəsi, yaxınlıqdakı fərdi yaşayış evləri və təkər satışı məntəqəsi alovdan mühafizə olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…