23 İyul 2025 / 15:09

Fidan Rusiya-Ukrayna danışıqlarının açılışında çıxış edəcək

İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun açılışında Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxış edəcəyi gözlənilir.

Tezadlar.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Türkiyə mətbuatının məlumatına görə, Fidanı səfərdə Türkiyə rəsmiləri, ola bilsin ki, Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın və Müdafiə Nazirliyinin nümayəndələri müşayiət edəcək.

Türkiyə telekanalları xəbər verir ki, danışıqların çərşənbə günü saat 19:00 radələrində başlaması planlaşdırılır.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov başçılıq edir.

Moskva ilə Kiyev arasında birbaşa danışıqların ilk iki raundu da mayın 16-da və iyunun 2-də İstanbulda keçirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!