Bu gün Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin Rəyasət Heyətinin iclasında ölkə üzrə fitrə-sədəqənin miqdarı 655 təngə (2 manatdan bir qədər çox – red) olaraq təsdiq edilib.
TEZADLAR.AZ xəbər verir ki, bu, ölkədə iki kiloqram unun orta qiyməti əsasında hesablanıb.
Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin şəriət və fətva şöbəsi Türk Dövlətləri Təşkilatının Müftilər Şurası yanında Fətva Şurası ilə birlikdə bu il Ramazan ayının başlama tarixini təsdiqləyib.
Belə ki, ümumi fətvaya əsasən, müqəddəs Ramazan ayı martın 1-dən başlayır. Martın 26-dan 27-nə keçən gecə müqəddəs Qədr gecəsidir (Leylətul-Qədr). Martın 30-u Orucluq bayramıdır.
JASMİN