Əsas məzmuna keç

Flik: Hücum yaxşıdır, müdafiə də güclənməlidi

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik Joau Kanselunun “Sevilya” üzərində qazanılan qələbədəki parlaq oyununa baxmayaraq, ondan daha artığını tələb edir.

Tezadlar.az xbildirir ki, ki, almaniyalı mütəxəssis ulduz futbolçunun hücumdakı məhsuldarlığına heyran olsa da, eyni kəskinliyi müdafiə oyununda da görmək istəyir. Kanselunun hücum keyfiyyətləri mübahisəsiz olsa da, müdafiədəki çatışmazlıqları uzun müddətdir diqqət çəkir və Flik onun tam potensialını ortaya çıxarmaq üçün bu sahədə təkmilləşmə gözləyir.

31 yaşlı futbolçudan Flikin riskli yüksək müdafiə xəttinə uyğunlaşmaq üçün böyük dəqiqlik, intellekt, oyunu anlama və sürət tələb olunur. Buna baxmayaraq, “Sevilya”ya qarşı nümayiş etdirdiyi yüksək səviyyəli oyun Kanseluya böyük inam verib.

Hazırda “Əl-Hilal”a məxsus olan 31 yaşlı müdafiəçinin məqsədi Kataloniya klubunu onu birdəfəlik transfer etməyə inandırmaqdır. O, komandanın heyətində keçirdiyi 10 oyunda bir qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…