Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya- Ukrayna danışıqları zahirən davam etsə də, real vəziyyət döyüş meydanlarından aydın görünür… Yeri gəlmişkən, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff isə Florida ştatında Rusiya və ABŞ arasında Ukrayna mövzusu üzrə keçirilən məsləhətləşmələrin məhsuldar və konstruktiv olduğunu bildirib. Tezadlar.az xəbər verir ki, Uitkoff bu barədə X hesabında yazıb.
Onun sözlərinə görə, Floridanın cənubunda baş tutan danışıqlarda Rusiya nümayəndə heyətinə Prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev rəhbərlik edib. Sitat: “Son iki gün ərzində Floridada Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ nümayəndə heyəti ilə Ukrayna üzrə sülh planının irəlilədilməsi məqsədilə məhsuldar və konstruktiv görüşlər keçirib”, – deyə Uitkoff qeyd edib. O əlavə edib ki, danışıqlarda ABŞ tərəfdən Prezidentin kürəkəni Cared Kuşner və Ağ Evin əməkdaşı Coş Qrюнbaum da iştirak ediblər.
Ukrayna cəbhəsində ağır döyüşlər isə davam edir. Putin isə dünənki 4 saatlıq sual- cavabında Ukraynanı diz çökdürməklə yanaşı, müharibənin dayandırılmayacağını bildirib, hətta dolayısı ilə keçmiş SSRİ- ni bərpa barədə üstüörtülü mesajlar verib. Onun belə nikbin danışmağı isə o qənaətə gəlir ki, Putin Trampın hansısa vədinə inanıb və birgə razılığa gəliblər. Zelenski isə birmənalı olaraq deyib ki, Ukrayna ərazi itirilməsi ilə nəticələnəcək sülhə getməyəcək!
A.Məmmədli