2025-ci ildə milyarderlərin ümumi sərvəti rekord həddə – 16,1 trilyon dollara çatıb. Siyahıya 902 amerikalı daxil edilib. “Forbes” jurnalına görə, Amerika milyarderlərin dünya reytinqində növbəti dəfə birinci yeri tutub.
Tezadlar.az xəbər verir ki, nəşrin saytında 3028 milyarderdən ibarət müvafiq siyahı dərc olunub. İkinci yerdə 516 dollarlı milyarderlə Çin, üçüncü yerdə isə 205 nəfərlə Hindistan qərarlaşıb.
“Forbes”in məlumatına görə, ilk dəfə üç sahibkarın kapitalı 200 milyard dollardan çoxdur. Bundan əvvəl dünyanın ən varlı adamı – sərvəti 342 milyard dollar dəyərində qiymətləndirilir amerikalı iş adamı İlon Mask olduğu bildirilirdi. Mask 2022 və 2023-cü illərdə ABŞ-ın 400 ən varlı vətəndaşı siyahısına da başçılıq edib. Həmçinin, bundan əvvəl TikTok yaradıcısının Çinin ən varlı adamları reytinqinə başçılıq etdiyi bildirilirdi.
Qeyd edək ki, “Forbes” ABŞ-də iki həftədən bir nəşr olunan biznes jurnalıdır.
Tarixinə gəlincə, jurnal, 1917-ci ildə Şotlandiyadan ABŞ- a köç edən BC Forbes tərəfindən qurulmuşdur. Onun ölümündən sonra oğlu Bruce şirkətin başçısı olmuşdur. Brucenin da ölümündən sonra jurnalı – Malcolm Forbes, Steve Forbes, Timothy C. Forbes idarə etmişdir.
Şirkətin Forbes jurnalından başqa ForbesLife, Forbes Asia, American Heritage, American Legacy və American Heritage of Invention & Technology adlı jurnalları də nəşr olunmaqdadır. Forbes, İngiliscə dilindən başqa yeddi dildə nəşr olunmaqdadır.
Y.Məmmədli