Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Aprel 2025 / 10:48

“Fortum”un Rusiyaya qayıtmaq niyyəti yoxdur

Finlandiyanın “Fortum” enerji şirkəti Rusiyaya qayıtmaq niyyətində deyil və mümkün qədər tez aktivlərin satışı prosesini davam etdirəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

“”Fortum” artıq Rusiyada fəaliyyət göstərmir və ora qayıtmaq niyyətində deyil. Mümkün olduğu qədər, “Fortum” əsas variant kimi Rusiya aktivlərinin satışı prosesini davam etdirəcək”, – şirkət qeyd edib.

“Fortum” həmçinin Rusiya aktivlərinin xarici idarəetməyə verilməsi ilə bağlı Rusiya Federasiyasına qarşı arbitraj prosesini davam etdirir.

Qeyd edək ki, 2023-cü il aprelin 25-də Rusiya Prezidenti Vladimir Putin Almaniyanın Uniper konserninə məxsus “Unipro” səhmlərinin 83,73%-i və Finlandiyanın “Fortum” qrupuna məxsus “Fortum”un səhmlərinin 98,23%-i Federal Əmlakın İdarə Olunması Agentliyi tərəfindən xarici idarəetməyə verilmiş fərman imzalayıb. Bu tədbir bir sıra dövlətlərin Rusiya Federasiyasına qarşı qeyri-dost hərəkətlərinə cavab olaraq atılıb. 27 fevral 2024-cü ildə “Fortum” Rusiyaya qarşı arbitraj proseduruna başladığını və onun aktivləri üçün kompensasiya tələb edəcəyini elan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!