Əsas məzmuna keç

ƏFQANISTANDA QƏZAYA UĞRAYAN TƏYYARƏDƏ RUS AİLƏSİNİN ÖLDÜYÜ GÜMAN EDİLİR

Ötən şənbə günü Əfqanıstan dağlarında qəzaya uğrayan şəxsi Falcon təyyarəsinin hər iki sərnişini, ilkin məlumatlara görə, ölüb.

Bu barədə əməliyyat xidmətlərindən məlumat verilib.

“Hadisə yerindən ilkin məlumatlara görə, hər iki sərnişin, ər-arvad ölüb”, – agentliyin mənbəsi bildirib.

Uçuş zamanı qadın süni nəfəs aparatına qoşulub, əri də onu müşayiət edib. İki həkim xəstənin vəziyyətini izləyib. Onlar da pilotlar kimi sağ qalıblar.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…