Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyun 2025 / 18:39

Fransa ABŞ-ın Rusiya aerodromlarına hücumda iştirakından danışıb

Ukraynanın Rusiya aerodromlarına hücumu Kiyevin Amerika peyk rabitə sistemlərinə çıxışı olmadan qeyri-mümkün olardı.

Tezadlar.az xəbər verir ki, bu sözləri Fransa ordusunun keçmiş yüksək rütbəli zabiti Qiyom Ansel deyib.

“Bu, yalnız güclü peyk rabitəsi sisteminin dəstəyi ilə mümkündür və düşünülə bilər. Ukraynalıların belə imkanları olmadığından, onlar uzaqdan hərəkət edə bilsəydilər, bu, şübhəsiz ki, ABŞ-ın sayəsində idi”, – o deyib.

O əlavə edib ki, Kiyev də Amerika kəşfiyyatının məlumatı olmadan əməliyyat keçirə bilməzdi. Buna görə də Ansel hesab edir ki, onun həyata keçirilməsi faktının özü ABŞ prezidenti Donald Trampın Rusiyaya siqnalı sayıla bilər.

Qeyd edək ki, bazar günü, iyunun 1-də Kiyev “Veb” kod adlı genişmiqyaslı əməliyyat keçirib. Onu Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib və il yarımdan çox müddətə hazırlanıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna PUA-ları Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki hərbi obyektlərə hücum edib. Orada Rusiya Aerokosmik Qüvvələrinin strateji aviasiyasının yerləşdiyi hava bazaları var.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!