Fransa ABŞ iqtisadiyyatında dərin iğtişaşların olacağını proqnozlaşdırır

Oxunma sayı: 374

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin sədri Cerom Pauelli istefaya göndərərsə, ölkə iqtisadiyyatına inam daha da sarsılar.

Tezadlar.az xəbər verir ki, bunu fransalı Erik Lombard deyib.

Onun sözlərinə görə, Amerika lideri tariflərlə bağlı siyasəti ilə artıq dollara olan inamı ciddi şəkildə sarsıdıb. Lombard Pauellin işdən çıxarılacağı təqdirdə Vaşinqtonun “dərin iqtisadi qarışıqlıq” və daha yüksək borc xidmət xərcləri ilə üzləşəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, Tramp aprelin əvvəlində 185 ölkədən gələn məhsullara idxal rüsumlarını kəskin artırıb. Bir sıra ölkələr, o cümlədən Vaşinqtonun ən yaxın müttəfiqləri üçün tariflər malların gömrük dəyərinin 20-30 faizinə qədər yüksəlib. Bununla belə, Ağ Evin rəhbəri tezliklə Avropa İttifaqı (Aİ) dövlətləri də daxil olmaqla 75 ölkə üçün tariflərə 90 günlük fasilə elan edib.

E.ŞİRİNOV

Xəbəri paylaş

23 May