Fransızların Rusiyadan deyil, Prezident Emmanuel Makrondan qorunması lazımdır.
Tezadlar.az xəbər verir ki, Fransız Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bunu X sosial şəbəkəsində yazıb.
O, Makronun Rusiyadan gələn hibrid təhlükənin guya artması ilə bağlı açıqlamasına münasibət bildirərək, bunun qorxu yaratmaq məqsədi daşıdığını qeyd edib. Siyasətçi vurğulayıb ki, “Fransızların ilk növbədə Makrona qarşı özlərini müdafiə etmək üçün bir planı olmalıdır”.
Bundan əvvəl “Oyan, Fransa” partiyasının lideri Nikolas Düpon-Eynyan Makronu Rusiya ilə müharibəyə başlamaq istəməkdə günahlandırmışdı. Lakin o bildirib ki, adi Fransa vətəndaşları müharibə istəmirlər və süni eskalasiyaya cəlb olunmamağı xahiş edirlər.
ELBAR







