Əsas məzmuna keç

Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verdi

Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və Suriyanın 6 keçmiş hökumət rəsmisinin həbsinə order verib.

“Tezadlar” xəbər verir ki, onlar 2012-ci ildə Homs şəhərini atəşə tutmaqda ittiham olunurlar.

Fransa hakimiyyətinin məlumatına görə, atəş nəticəsində amerikalı jurnalist Mari Kolvin və fransız fotoqraf Remi Oçlik həlak olub.

Qeyd edək ki, Fransada istintaq hakimləri Bəşər Əsədin 2017-ci ildə ölkədə mülki obyektlərin bombalanmasında iştirak etdiyinə görə də həbsinə order vermişdi. Daha əvvəlki order isə Suriya qoşunlarının kimyəvi silahdan istifadə etdiyi iddiası ilə bağlı verilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…