Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
“Telegram”ın təsisçisi Pavel Durov Fransadan çıxışını məhdudlaşdıran məhkəmə nəzarət tədbirlərinin ləğv edilməsinə nail olub.
Tezadlar.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi məhkəmə mənbəsinə istinadən məlumat yayıb.
“Telegram” təsisçisi Pavel Durova xaricə çıxmağı qadağan edən tədbirlərin ləğvinə nail olub”, – mənbə bildirib.
Onun sözlərinə görə, “Telegram”ın təsisçisi məhkəmə nəzarətinə mükəmməl əməl edib: “Pavel Durov 2024-cü ilin avqust ayının sonundan Fransada olub. Qüvvədə olan məhkəmə nəzarəti tədbirlərinə əsasən, ona ölkəni tərk etmək qadağan edilmişdi və o, həftədə iki dəfə polis komissarlığına yaxınlaşmağa məcbur idi”.