Fransa Milli Assambleyası Ukraynaya yardımın artırılmasını və Kiyevin maliyyə dəstəyi üçün istifadə edilən dondurulmuş Rusiya aktivlərinin müsadirəsini tələb edən qətnaməni təsdiqləyib. Tezadlar.az “Le Figaro”ya istinadla bildirir ki, Parlamentdə qızğın müzakirələrə baxmayaraq, sənəd 288 səslə qəbul edilib. Daha 54 deputat əleyhinə səs verib – bunlar ultra solçu “Fransa İnsoumise” və kommunistlərin nümayəndələri olub. İfrat sağçı Milli Mitinq bitərəf qalıb. Qətnamənin mahiyyətcə simvolik mənası var, lakin deputatlar ümid edirlər ki, bu, onlara hazırda Rusiya aktivlərinin ələ keçirilməsinə qarşı çıxan hökumətin xəttinə təsir göstərməyə imkan verəcək. Qətnamədə Aİ, NATO və digər müttəfiq ölkələri Ukraynaya siyasi, iqtisadi və hərbi dəstəyini davam etdirməyə və artırmağa da çağrılır.
Rusiya rəhbərliyi isə hələ də Kurs ətrafındakı döyüşlərlə məşğuldur.
A.Məmmədli