Əsas məzmuna keç

FRANSA XİN RUSİYA SƏFİRİNİ NİYƏ ÇAĞIRIB?

Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Parisdəki səfiri Aleksey Meşkovu çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) departamentə istinadən məlumat yayıb.

“Fransa qeyd edir ki, diplomatik kanallar növbəti dəfə məlumatı manipulyasiya etmək və qorxutmaq üçün sui-istifadə olunur”, – Fransa Xarici İşlər Nazirliyi bildirib.

Fransa Xarici İşlər Nazirliyi həmçinin Rusiyanın “məsuliyyəti dəyişdirməklə məşğul olduğunu, təhdiddə Qərb ölkələrini günahlandırmağa çalışdığını” bildirib və həmçinin Moskvanı “xüsusən kiberhücumlar və hibrid hərəkətlər vasitəsilə Avropa ölkələrində sabitliyi pozmaqda” ittiham edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…