Fransadan Trampa xəbərdarlıq: Ukraynaya hərbi yardımın dayandırılması Putinə dəstəkdir!

Oxunma sayı: 90

Fransa hökuməti ABŞ-ın Ukraynaya hərbi yardımını ləğv etməsinin sülhü daha da uzaqlaşdırdığına dair bəyanat yayıb. Tezadlar.az BFM TV-yə istinadla bildirir ki, bəyanatda deyilir: “…ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmaq qərarı, o cümlədən silah tədarükünün ləğvi sülhü “daha ​​uzaqlaşdırır”, çünki bu, işğalçı Rusiyanı gücləndirəcək…”.

Avropa üzrə kiçik nazir Benjamin Haddad canlı çıxışında deyib: “Əsasən, sülh istəyiriksə, Ukraynaya silah tədarükünü dayandırmamalıyıq, bilməliyik ki, bu qərar sülhü möhkəmləndirir, yoxsa onu uzaqlaşdırır? Bu, onu uzaqlaşdırır, çünki bu, yalnız yerdəki təcavüzkarın, yəni Rusiyanın imkanlarını gücləndirəcək”.
Haddad deyib ki, əksinə, Ukraynaya yox təcavüzkara təzyiq göstərilməlidir və artıq bir neçə həftədir ABŞ-dan əksini görürük…

Beləliklə, Trampın Rusiyanın tərəfini tutması ABŞ ilə Avropa ölkələri arasında ciddi fikir ayrılığına və narazılığa gətirib çıxarmaqdadır…

A.Məmmədli

Xəbəri paylaş

17 Aprel