Fransanın xarici işlər naziri Ukraynada

Fransanın xarici işlər naziri Jan-Noel Barro səfirlərin konfransında iştirak etmək üçün Ukraynaya səfər edəcəyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, müvafiq yazı onun X səhifəsində dərc edilib.

“Mən Kiyevə gedirəm. Səfirlərin konfransında iştirak edəcəyəm”, – diplomat yazıb.

Fransa mətbuatının məlumatına görə, nazir artıq Kiyevə gəlib.

Bundan əvvəl Ukraynanın Dövlət Mühafizə Xidməti xarici nümayəndə heyətlərinin səfəri ilə əlaqədar Kiyev mərkəzinin bazar ertəsi, iyulun 21-də bağlı olacağını bildirmişdi.

Qeyd edək ki, iyulun 14-də ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynaya səfər edib. Ukrayna prezidenti Vladimir Zelenski Kelloq ilə görüşdə “sülhə gedən yolu və onu yaxınlaşdırmaq üçün birlikdə nə edə biləcəyimizi müzakirə etdiklərini” söyləyib. Xüsusilə, tərəflər Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, silah istehsalı, Avropa ilə birlikdə müdafiə silahlarının alınması və anti-Rusiya sanksiyalarını müzakirə ediblər. Zelenski Amerika hakimiyyətinə dəstək və “müsbət qərarlar” üçün təşəkkür edib.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti