Fransız etirazçılar küçələri bağlamağa və od yandırmağa başlayıblar

Fransada etirazçılar qənaət tədbirlərinə görə küçələri bağlamağa və yanğınlar yandırmağa başlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məsələn, Parisin şərqindəki təhsil müəssisələrindən birinin yaxınlığında fransız etirazçılar yola zibil ataraq yandırıblar.

Qeyd olunur ki, paytaxtın dairəvi yolunda da nəqliyyatın hərəkətini dayandırmaq cəhdləri başlayıb və ümumilikdə etirazçılar altı mühüm qovşaqda nəqliyyatın hərəkətini dayandıra biliblər.

Bundan əvvəl məlum olub ki, bu gün – sentyabrın 10-da bütün Fransada “Hər şeyi bloklayın” şüarı ilə kütləvi etiraz aksiyaları keçiriləcək. Tətillərə səbəb hökumətin təklif etdiyi qənaət tədbirlərinə əhalinin narazılığı dalğası olub. İyul ayında keçmiş baş nazir Fransua Bayru 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsini təqdim etdikdən sonra sosial şəbəkələrdə zənglər yayılmağa başlayıb.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti