ABŞ Federal Təhqiqat Bürosu (FTB) Pekin hökuməti ilə əlaqəli və müxtəlif ölkələrdə kiber əməliyyatlar aparan sanksiya siyahısındakı bir şirkətdə çalışan bir qrup hakerə məxsus alətləri ələ keçirdiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, hakerlər ABŞ, Yaponiya, Polşa və Tayvan da daxil olmaqla bir neçə ölkədə kritik infrastrukturu hədəf alan skanlama və fişinq daxil olmaqla kiber əməliyyatlarında “Microscan” və “FishHub” adlı alətlərdən istifadə ediblər.
FTB əməliyyat zamanı Çin hökuməti ilə yaxın əlaqələri olan bir şirkət olan Integrity Technology Group üçün çalışan bir qrup haker tərəfindən istifadə edilən alətlərin ələ keçirildiyini və deaktiv edildiyini açıqlayıb.
FTB-nin Kiber Bölməsinin direktor müavini Ceyson Bilnoski təhdid edən aktyorların infrastrukturunu, maliyyə resurslarını və alətlərini hədəf alaraq onların imkanlarını zəiflətməyi hədəflədiklərini bildirib.
ABŞ Maliyyə Nazirliyi Pekində yerləşən Integrity Technology Group şirkətini 2025-ci ildə “çoxsaylı kiberhücumlarla əlaqəsi”nə görə sanksiya siyahısına əlavə edib.
Avropa İttifaqı (AB) mart ayında Integrity Technology Group şirkətinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib və bu səbəbdən şirkətin Avropa və dünyada, xüsusən də AB üzv ölkələrində cihazlara sızmaq və onlara giriş əldə etmək üçün istifadə olunan məhsullar təqdim etdiyini bildirib.
ELBAR







